Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşğulluq Mərkəzinin direktoruna qarşı korrupsiya ittihamı

Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlu dövlət başçısına müraciət ediblər.

Onlar müraciətin bir sürətini bizimyol.info-ya göndərib.

Vətəndaşlar müraciətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Mübariz Mustafayevin məşğulluq problemini həll etmədiyini qeyd edib.

“Mübariz Mustafayev, işsiz və iş axtaranlar üzrə sektorun baş məsləhətçisi Şahin Cəfərov rayon dövlət məşğulluq xidməti şöbəsini özlərinə xidmət istiqamətində qurublar, şəxsi bizneslərinə çeviriblər. Xüsusən bu qanunsuzluqlar, özbaşınalıqlar, talançılıqlar özünə məşğulluq istiqamətində heyvandarlığın inkişafı, prezidentin ayırdırdığı iş yerlərinin öncədən anlaşılmış rüşvət müqabilində Mübariz Mustafayev və Şahin Cəfərov tərəfində öz yaxın ətraflarına satılmasıdır”,-deyə şikayətçilər bildirib.

Eyni zamanda, müraciətdə H.Süleymanov bacısının özünüməşğulluq proqramına cəlb edilmədiyini qeyd edilib.

H.Süleymanov və İ.İsmayılovun müraciətində Biləsuvar rayon Məşğulluq Mərkəzində işsiz şəxslərə yönələn müavinətlərin mənimsənilməsi, təlimlərin təşkilində maliyyə qanunsuzluqlarının mövcud olması iddia olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Məsələ ilə bağlı ƏƏSMN-indən bizimyol.info-ya bildirilib ki, Biləsuvar rayonu, Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlunun və İsmayılov İsmayıl Şahüseyn oğlunun Biləsuvar rayon Məşğulluq Mərkəzi barədə şikayət xarakterli müraciəti əsasında müvafiq araşdırma aparılıb.

“Müəyyən olunub ki, hər iki şəxs Biləsuvar rayon Məşğulluq Mərkəzi tərəfindən hələ 2018-ci ildə münasib işlərlə təminatı həyata keçirilib. Belə ki, H.Süleymanov Astara Magistral Qaz Kəmərləri Sahəsində xətt baxıcısı, İ.İsmayılov isə Biləsuvar rayon Qaz İstismar Sahəsində nəzarətçi-çilingər vəzifələrində işlə təmin olunublar.

Eyni zamanda, müraciətdə H.Süleymanovun onun bacısı, Biləsuvar rayonunun Əskərəbad kənd sakini Sağıyeva Səadət Əhməd qızının özünüməşğulluq proqramına cəlb edilməməsi barədə şikayəti də əsassızdır.

Çünki cari ilin aprelində S.Sağıyevanın müraciəti əsasında və kiçik ailə təsərrüfatını qurmaq üçün potensialının olduğu nəzərə alınmaqla onun özünüməşğulluq proqramına cəlb edilməsi qərar alınıb. 01.07.2019-cu il tarixindən isə proqramda iştirak etmək üçün zəruri bilik və bacarıqlara yiyələnməsi məqsədilə təlim kursuna cəlb edilib. Hazırda təlim prosesi davam edir. Kurs başa çatdıqdan və biznes planını müdafiə etdikdən sonra vətəndaş mal və materiallar formasında aktivlərlə təmin ediləcək.

Araşdırma zamanı H.Süleymanov və İ.İsmayılovun müraciətində əksini tapan digər şikayətlərin (Biləsuvar rayon Məşğulluq Mərkəzində işsiz şəxslərə yönələn müavinətlərin mənimsənilməsi, təlimlərin təşkilində maliyyə qanunsuzluqlarının mövcud olması və s.) də əsaslı olmadığı müəyyən olunub”,-deyə nazirlikdən bildirilib.

Ramid İbrahimov

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »