Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qardaşlıq münasibətlərimizdə fayda güdsək Azərbaycan da uduzar, Türkiyə də”

Azərbaycan sentyabrın 1-dən türk vətəndaşlarına viza tələbini ləğv edəcək. Bu əslində çoxdan gözlənilən bir addım idi. Uzun illər “bir millət iki dövlət” dediyimiz qardaş ölkəyə Azərbaycan vətəndaşları vizasız rejimdə gedib-gələ bilsə də, Azərbaycan Türkiyəyə qarşı bu rejimi tətbiq etməmişdi. Niyə etməmişdi? Bax bu barədə Bizimyol.info-nun sualını deputat Fazil Mustafa cavablandırıb:

“Bu məsələyə bir az qonşularla münasibət kontekstində baxmaq lazımdır.Bizim qonşuluq münasibətimiz olan dövlət təkcə Türkiyə deyil. Rusiya və İran da var. Rusiya ilə MDB məkanında əlaqələrimiz var deyə viza problemi yaşanmır. İranla da bu məsələ gündəmə gətirilə bilər. İndi turizmin genişləndirilməsi Azərbaycanda prioritet məsələ kimi qarşıya qoyulduğundan bu bizim üçün böyük önəm kəsb edir”,- deyə deputat bildirib Onun sözlərinə görə, şərtlər tam dəqiqləşdiriləndən, formalaşdırılandan sonra bu addım atılıb.

“Gələcəkdə başqa ölkələrlə, o cümlədən İranla da əlverişli şərtlər olarsa bu addımın atılmasına baxmaq olar. Türkiyə ilə isə bu vacib idi. Bizim ölkəmizin Türkiyədə böyük yatırımları var.Eyni zamanda türklərin Azərbaycanda investisiyaları çoxdur, şəxsi gediş-gəlişlər zəminində də böyük əlaqələr var”.

Bəzi politoloqlar bu günə qədər Azrbaycanın Türkiyəyə vizasız rejim tətbiq etməməsini bizim Qarabağ problemimizlə, bəziləri isə Türkiyə ərazisində terror hadisələrinin çox olması, Türkiyəin Suriya sərhədlərindəki problemlərl, PKK və İŞİD məsələləri ilə əlaqələndirirdilər. Fazil Mustafanın sözlərinə görə bu yanaşma tamamilə səhvdir.

“Məncə bunun məsələyə dəxli yox idi. Onda gərək türklər bizə qadağa tətbiq edərdilər. Bütövlükdə Türkiyədən ölkəmizə sıza biləcək terrorçuların qarşısının alınması ilə sərhədçilərimiz məşğul olur. İndiki halda sadəcə sənədləşmə prosesi asanlaşıb.

O ki qaldı bu addımın qarşılıqlı faydası barədə düşünənlərə.Bu addıməslində qarşılqlı faydalıdır. Bəziləri deyirlər ki, biz niyə Türkiyəyə bu qədər çox yatırımlar qoyuruq? Azərbaycan bir çox ölkələrlə işgüzar əlaqələr qurub, investisiyalar yatırıb. Amma, hesab edirəm ki, hətta itkilərimiz olsa belə, biz Türkiyəyə daha çox yatırım qoymalıyıq.Qardaş ölkədir və hər zaman bir-birimizə siyasi arenada dəstək oluruq. 1918-ci ildə türk əsgərləri gəlib Azərbaycanda şəhid olanda fayda barədə düşünmürdülər. Ona görə də qardaşlıq münasibətlərində fayda barədə düşünsək uduzarıq. Elə şeylər var ki, o məqamda biz fayda barədə yox mənəvi borc barədə düşünməliyik”-deyə Millət vəkili bildirib.

Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova da məsələyə münasibət bildirib.

Bildiyimiz kimi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında vizasız gediş gəliş haqqında məktub mübadiləsi haqqında Saziş 1992-ci ilin 28 fevralında imzalanıb. Daha sonra 2003-cü ildə "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" saziş imzalanıb. Türkiyə Hökuməti 2007-ci ildən bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşlarını viza tələbindən azad etmişdi, lakin Azərbaycan qarşılıqlı addım atmamışdı. Türkiyənin xarici işlər naziri Çavuşoğlunun bildirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev şəxsən prezident Rəcəb Tayyib Ərdoğana keçən həftə bu barədə şəxsən bildirib ki, Azərbaycan sentyabrın 1-dən türk vətəndaşlarına viza tələbini ləğv edir. Çavuşoğlunun da dediyi kimi "bu, bir millət, iki dövlətə yaraşan oldu!"

Vizanın indiyədək qaldırılmaması səbəbini biz dəqiq deyə bilmərik. Lakin ehtimal etmək olar ki, bu, sırf təhlükəsizlik səbəbindən - Türkiyədə indiyədək mövcud olan daxili siyasi durum, terror təhdidinin olması və s.ilə bağlı olmuş ola bilər. Hər bir halda bu, Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun bir addımdır və iki ölkə arasında əlaqələrin daha da inkişafına yardım edəcəkdir”.

Politoloq xanım eyni zamanda bu məsləylə baxlı funksioneri BAXCP partiyasının möveyi barədə də fikir bildirib:

“BAXCP rəhbəri, millət vəkili Qüdrət Həsənquliyev də belə bir fikir bəyan edib ki, “Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq”. Bu, həqiqətən də vacibdir. Adları çəkilən ölkələrlə viza prosedurlarının sadələşdirilməsi ölkəmizin bizim üçün strateji əhəmiyyətə malik bu dövlətlərlə əlaqələrinin möhkəmlənməsinə mühüm təsir göstərə bilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »