Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” Rusiya Premyer Liqasında 6-16-cı yerlərə ümid edə bilər”

“Azərbaycanlılar daha yaxşı hücum edirdilər, lazım olanda vurur, lazım olanda ötürürdülər”.

Bunu Rusiya futbolunun veteranı Andrey Arşavin deyib.

Millisinin və “Zenit”in sabiq oyunçusu Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutan “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) görüşünü şərh edib: “Arsenal”ın isə oyunu isə alınmadı. “Neftçi” Rusiya Premyer Liqasında 6-16-cı yerlər arasında istənilən mövqeyə ümid edə bilər. “Arsenal”ın maksimumunu isə sonradan biləcəyik. Əvvəl “Neftçi”ni keçməlidirlər. Azərbaycanlılar daha yaxşı hücum edirdilər. Vurmaq lazım olanda vurur, ötürmə lazım olanda ötürürdülər. Kanqva oynasaydı, daha yaxşı olardı. Mən Azərbaycan millisinə qarşı oynayanda rəqibin sərt oynaması yadımdadır”.

Qeyd edək ki, ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan “Neftçi” cavab matçına avqustun 1-də çıxacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »