Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya Yaponiyaya tərəf iki raket atıb

Şimali Koreya Yoponiya istiqamətində iki raket atıb. Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, raket atışları yerli vaxtlasəhər saat 5:34 və 5:57-də olub. Cənubi Koreya hərbçilərinin sözlərinə görə, mərmilər Vonson şəhəri tərəfdən atılıb. Raketlər bu ilin mayında Pxenyanın atdığı raketlərə bənzəyib.

“Hərbçilərimiz döyüş hazırlığı vəziyyətində olmaqla, yeni raket atışlarıyla bağlı bağlı vəziyyəti diqqətlə izləyirlər”, - Müdafiə Nazirliyindən bildirilib.

Cənubi Koreya hərbçiləri hesab edir ki, Şimali Koreya yaxın mənzilli raketləri sınaqdan keçirib. Raketlərdən birinin uçuş məsafəsinin 690 kilometr, digərinin isə 430 kilometr olduğu bildirilir. Hər ikisi Yapon dənizinə düşüb. İndi Cənubi Koreyanın Müdafiə Nazirliyi bunların hər ikisinin eyni tipli raketlər olub-olmadığını müəyyənləşdirməyə çalışır.

“Bloomberg” bildirir ki, Cənubi Koreya hökuməti raketlərin uçuşuyla bağlı məsələni Rusiya və Çin təmsilçiləri ilə müzakirə etmək istəyir. Müdafiə Nazirliyinin əməkdaşı Tsoy Hen Su Şimali Koreyadan bu cür hərəkətlərin dayandırılmasını tələb edib. Bildirib ki, belə addımlar Koreya yarımadasında hərbi gərginliyin azaldılmasına yox, əskinə, artmasına xidmət edir.

Yaponiyanın müdafiə naziri Taeksi İvay deyib ki, atılmış raketlərlə bağlı araşdırmaları davam etdirirlər. Əgər onlar ballistik raketlər olubsa, onların sınaqdan keçirilməsi BTM-nin qətnamələrinin pozuntusudur.

Bildirilir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın avqust ayında keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimləri təxirə salmaqdan imtina etməsinə cavab olaraq, bu addımı atıb. Şimali Koreya o təlimləri öz təhlükəsizliyinə hədə sayır.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »