Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
II və III ixtisas qrupları üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına müraciətlərlə bağlı statistik məlumatları açıqlayıb.

DİM-dən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə 7 iyul 2019-cu ildə keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Məlumat üçün bildiririk ki, II və III qruplar üzrə qəbul imtahanlarında 28000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »