Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyuq sexində dəhşətli mənzərə - Foto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirib.

Agentlikdən verilən məlumata görə, baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.

Toyuq kesimi sexi 1

Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Toyuq kesimi

İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »