Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və ABŞ ticarət danışıqlarını bərpa edir

Çin və ABŞ arasında ticarət məsələlərinə dair danışıqların 12-ci mərhələsi iyulun 30-31-də Şanxayda keçiriləcək.

Bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıblar. Danışıqların sonuncu, 11-ci raundu may ayının əvvəlində ABŞ paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənib. ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə - 10 faizdən 25 faizə qədər artırıb. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən çox məhsula rüsum tətbiq edib.

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iyunun 28-29-da Osaka şəhərində keçirilən G20 sammitində görüşü zamanı ticarət danışıqlarının bərpa olunması qərara alınmışdı. Donald Tramp 300 milyard dollar həcmində Çin məhsullarına yeni tariflər tətbiq etməməyi, həmçinin “Huawei” kompaniyasının fəaliyyətinə qoyduğu məhdudiyyətləri yumşaltmağı vəd edib.(AzərTAc)

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »