Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“7000 vakant yer daimi əsaslarla olan yerlərdir”

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanaraq növbəti mərhələyə keçən namizədlərə müraciət edib.

APA-nın xəbərinə görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva namizədlərə çalışmaq istədikləri məktəbləri seçərkən diqqətli olmağı tövsiyə edib.

“Namizədlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar çalışmaq istədikləri məktəb haqqında məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçib, işə qəbul olunurlar, sonra isə imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azalır. 7000 vakant yer daimi əsaslarla olan yerlərdir. Vakant yerlərin doldurulması üçün kifayət qədər namizəd var”.

Son xəbərlər
Bütün xəbərlər »