Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Azərbaycana gələn turistlərin sayı 87% artıb
“İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər”.Bu barədə APA-ya Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, əcnəbilər üçün “ASAN Viza” sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb: “Bu, həmçinin İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir edib. Təsadüfi deyil ki, avqust ayında Azərbaycana gəlmək üçün təxminən 6000 İran vətəndaşı müraciət edib. Bu o deməkdir ki, son aylarda İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı 87% artıb”.

Son xəbərlər
Bütün xəbərlər »