Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə Belarus diplomatına silahlı hücum olub - Video

Dünən yerli vaxtla axşam saat 20 radələrinə Ankarada  silahlı hücum nəticəsində Belarus diplomatı ağır yaralanıb.

"Haberturk" xəbər verir ki, səfirin müşaviri olan Aleksandr Poqanşevə qonşusu hücum edib.

İlkin məlumatlara görə, hadisənin siyasi zəminlə əlaqəsi yoxdur. Diplomata edilmiş silahlı hücuma məişət zəminində mübahisə səbəb olub. Hadisəni törətdiyi güman edilən keçmiş hərbçinin eyni silahla bacısının evdə intihar etdiyi bildirilir.

Diplomat əməliyyat olunub, onun vəziyyətinin ağır olduğu bildirilir.

Öz növbəsində Belarus Xarci İşlər Nazirliyi diplomata psixi problemləri olan Türkiyə vətəndaşının atəş açdığını bəyan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »