Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çelsi" - "Qarabağ" oyunun biletləri artıq SATIŞDA
"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Klubun rəsmi saytı xəbər verir ki, London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »