Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmur rüşvəti yağ, bal və yumurta ilə alırmış

Rusiyanın Sankt-Peterburq şəhərində rüşvət almaqda ittiham olunan məmuru həbs ediblər. Məhkəmə Sergey Butini təqsirli bilib.

Bizimyol.info xəbər verir ki, məmur rüşvəti yağ, bal və yumurta ilə alırmış. Maraqlıdır ki, Butin qanunvericiliyə əməl olunması və inzibati xətalara nəzarət komitəsində işləyirmiş.

Məmur ticarət obyektlərində qanun və qaydaların pozulmasına göz yummaq üçün sahibkarlardan pul tələb edirmiş. Gücü çatmayanlardan yağ, bal, yumurta da alıb. Məsələn, bir sahibkar ona 60 yumurta, 3 banka yağ, 1 banka bal verib. Bundan başqa, ayda 2 min rubl olmaqla ümumilikdə 32 min rubl (təxminən 500 dollar) rüşvət aldığı sahibkar da olub.

Butin məhkəmədə bal almadığını deyib. Buna baxmayaraq, məsuliyyətdən yaxa qurtarmayıb. O, iki dövlət xidmətində, hüquq-mühafizə orqanlarında və yerli icra strukturlarında işləyə bilməyəcək. Üstəlik, 650 min rubl (təxminən 10 min dollar) cərimə ödəyəcək.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »