Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya dənizçiləri qaytarır? - Ukraynada ikifikirlilik

Rusiyada həbsdə olan ukraynalı dənizçilər vətənlərinə qayıdacaq. Bununla bağlı artıq razılıq əldə olunub.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bunu Ukraynanın ombudsmanı Lüdmila Denisova deyib. Onun sözlərinə görə, Dəniz hüquqları üzrə Beynəlxalq Tribunalın da bununla əlaqədar qərarı var: “Düşünürəm ki, tezliklə dənizçiləri vətəndə qarşılayacağıq”.

Bununla belə dənizçilərin vəkili Nikolay Polozov hər hansı razılaşma barədə məlumatlı olmadığını bildirib. Hüquq müdafiəçisi deyib ki, dənizçilərin azad olunması ilə bağlı danışıqların hansı mərhələdə olmasından da xəbərsizdir.

Qeyd edək ki, Rusiya və Ukraynada həbsdə olanların dəyişdirilməsi barədə razılığa Vladimir Putinlə Vladimir Zelenskinin 11 iyul telefon danışığından sonra gəlindiyi bildirilir.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Kerç boğazında baş vermiş insident zamanı Rusiya Ukraynanın 3 hərbi gəmisini ələ keçirib və 24 dənizçini həbs edib. Onlar Ruiyanın dövlət dəniz sərhədini pozmaqda ittiham olunurlar.

Son xəbərlər
Bütün xəbərlər »