Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ərəb turistlər qaldıqları evin sahibinə şok yaşatdılar – Video

Bakıda evini ərəb turistlərə kirayə verən şəxs dəhşətli mənzərə ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, turistlər yedikləri qidaların tullantılarını zibilliyə yox, evin otaqlarına atıblar. Ərəb turistlər hətta məişət avadanlıqlarını elektrikə qoşulu şəkildə qoyaraq gediblər.

Sosial şəbəkəyə yayılan kirayə verilmiş evin videosu müzakirələrə səbəb olub. İstifadəçilərin məsələyə münasibəti birmənalı olmayıb. Belə ki, bəziləri turistləri qınayıb, bəziləri isə müdafiə edib. Müdafiə edənlər iddia edib ki, ərəblər ev sahiblərinin onlara mənzili baha qiymətə verildiyini bildiyinə görə evdə istədiklərini edirlər.

Sosial şəbəkə istifadəçilər ev turistə kirayə verilərkən bu kimi hallardan sığortalanmaq üçün əlavə deposit tələb olunmasını və ya ev kirayə verənlə kirayəşinin arasında notarial qayda da müqavilənin bağlanmasını təklif ediblər. Eləcə də, kirayə müqaviləsi olmadığına görə, onları məsuliyyətə cəlb etməyin mümkünsüz olduğu deyilib.

Qeyd edək ki, əvvəllər daha çox türk, rus və avropalı turistlər Azərbaycana səyahətə gəlirdisə, artıq bu statistikada xeyli dəyişiklik var. Həm də Azərbaycana gələn ərəblərin ölkədə kütləvi şəkildə daşınmaz əmlak aldıqları ilə bağlı xəbərlər yayılıb.

https://www.youtube.com/watch?v=ej6gqTXNY1E&feature=youtu.be

Ramid İbrahimov

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »