Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani: “Dünya SEPAH-a minnətdar olmalıdır”

“Dünya İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) Fars körfəzinin təhlükəsizliyini təmin etdiyi üçün minnətdar olmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Prezident bildirib ki, Fars körfəzinin və Hörmüz boğazının təhlükəsizliyi İran üçün çox önəmlidir: “İran təkcə Fars körfəzi və Hörmuz boğazında deyil, dünyanın müxtəlif su yollarında, o cümlədən Hind okeanında təhlükəsizliyi təmin etməyə çalışır. Hörmüz boğazı strateji mövqedə yerləşir. Bura hansısa ölkənin beynəlxalq qanunları pozacağı bir yer deyil. Kimsə Hörmüz boğazının təhlükəsizliyini təmin edən SEPAH-ın xəbərdarlıqlarına laqeyd yanaşıb, ora daxil ola bilməz. Buranın təhlükəsizliyinə əsasən İran və qonşu ölkələr məsuliyyət daşıyır, bunun başqalarına heç bir aidiyyəti yoxdur”.

H. Ruhani qeyd edib ki, Fars körfəzi və Hörmuz boğazında kimlərinsə qarışıqlıq yaratmasına icazə verilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »