Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryan tapançalarının qaytarılmasını tələb etdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan istintaq orqanlarından ondan götürülmüş bir neçə ədəd silahın geri qaytarılmasını tələb edib.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu bəyanatı ölkədə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilmiş Ermənistan dövlətinin keçmiş başçısı əmlakına qoyulmuş həbs üzrə verdiyi vəsatətə baxılan vaxt verib.

Müzakirələrin gedişində Köçəryana məxsus adlı silahların onun özünə qaytarılması məsələsi qaldırılıb. Silahlar ötən il müsadirə edilib və hüquq-mühafizə orqanlarında saxlanır.

Köçəryanın sözlərinə görə, o, iki dəfə vəkillərinin iştirakı ilə silahlarının geri qaytarılmasını tələb edib: “Müstəntiq imtina etdi. Mən ona dedim ki, anlayıram, bu məsələnin həlli onun səlahiyyətində deyil. Lakin bu mənim qanuni silahımdır və onu geri qaytarmaq lazımdır. Bu silahdan 1 mart hadisələri zamanı atəş açılmayıb ki, müstəntiqlərdə hər hansı şübhə yaransın. Bu, başqa ölkələrin rəhbərlərinin mənə bağışladıqları iki tapançadır”.

Köçəryanın əmlakı və bank hesablarına 2018-ci ilin iyulunda həbs qoyulub.

Son xəbərlər
Bütün xəbərlər »