Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənbaşı özbəkistanlı həmkarına zəng edib

Ötən həftə vəfat etdiyi deyilən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Özbəkistan prezidenti ilə danışıqlar aparıb.

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin saytında bildirilib ki, çərşənbə günü özbək və türkmən liderləri telefonla söhbət ediblər. Berdıməhəmmədov Mirziyoyevi ad günü münasibətilə təbrik edib və onunla “beynəlxalq və regional siyasətin aktual məsələlərini” müzakirə edib.

Virtualaz.org mənbəyə istinadən bildirir ki, telefon danışığının gedişində siyasətçilər iki ölkə arasında əməkdaşlığın möhkəmlənmnəsindən “dərin məmnunluq hissi” keçirdiklərini qeyd ediblər.

Xatırladaq ki, iyulun 21-də Rusiyada siyasi ekspertlər 62 yaşlı Berdıməhəmmədovun vəfat etdiyini bildirmişdilər. Ölkənin səfirlikləri sonradan bu məlumatı təkzib etdilər. Yalan məlumatın yayılmasına görə Avrasiya problemlərinin monitorinqi mərkəzinin başçısı Aslan Rubayev Türkmənistan prezidentindən üzr istəmişdi.

Son xəbərlər
Bütün xəbərlər »