Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin kortejinin keçdiyi yola bomba qoydular, partlamadı

Yekaterinburqda Rusiya prezidenti Vladimir Putinin kortejinin keçəcəyi yola bomba qoyublar. Amma iki nəfərin hazırladığı xüsusi cihaz partlamayıb.

Bizimyol.info xəbər verir ki, polis əməkdaşları partlayıcı maddə haqda kortejin gəlişindən 15 dəqiqə əvvəl xəbər tutublar. Nəzarət kameraları şübhəli əşya aşkarlayıb. Yaxınlaşıb qutuya baxıblar. Qırmızı izolentlə sarınıbmış. İçində şüşə qab və naqillər gözə dəyib.

Tezliklə kortejə zərər vurmağı planlaşdıranları ələ keçiriblər. Hələlik onlardan yalnız birinin adı çəkilir. Mixail Traçumun cəmi 19 yaşı var. İkinci şübhəlinin həyətləri süpürdüyü bildirilir.

Saxlanılanların ilkin ifadəsinə görə, sadəcə, polis qüvvələrinin nə dərəcədə çevik reaksiya verəcəyini yoxlamaq istəyirlərmiş. Sverdlovsk vilayəti daxili işlər strukturunun mətbuat xidmətinin rəhbəri Valeri Qorelıxın deyir ki, xüsusi qurğu partlamayacaqdı. Çox həvəskarcasına hazırlanıb. Uğursuz zarafat etmək istəyiblər.

Traçum əvvəllər də məhkum olunub. Onu oğurluğa görə azadlıqdan məhrum ediblərmiş.

Son xəbərlər
Bütün xəbərlər »