Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadiyyatımızın tender bəlası

Hazırda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qanunsuzluq baş alıb gedir, bununla bağlı çoxsaylı şikayətlər olsa da problem hələ ki həllini tapmayıb.Məsələ barədə hətta Milli Məclis səviyyəsində müzakirələr aparılıb.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, büdcədən vəsait mənimsənilirsə, bu, cinayətdir. Buna yumşaq ad qoymaqla, cəzalandırmaqdan imtina edirik.

“Dövlətsatınalmalarında ziddiyyət özünü qabarıq şəkildə göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda məlum olur ki, Hesablama Palatasının səlahiyyətləri geniş olsa da, bəzi sahələrə təsir etmək imkanı yoxdur. Bu, təmin edilməsə, gələcəkdə problemlərin qarşısını almaq çətin olacaq”.

Vahid Əhmədov Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov Bizimyol.info saytına bildirib ki, tenderlərlə bağlı xüsusi qanun qəbul olunub, hökumət, Nazirlər Kabineti tərəfindən təsdiq edilib, amma buna məhəl qoyan dövlət qurumu yoxdur.

V. Əhmədov hesab edir ki, tender keçirilməsi zamanı şəffaflığın təmin olunmasında hökumət daha ciddi addımlar atmalıdır: “Bunun üçün ciddi nəzarət mexanizmi həyata keçirilməlidir. Qeyd etdiyim kimi Hesablama Palatasının bizə verdiyi bütün hesabatlarda satınalmamalarla bağlı çox ciddi problemlər üzə çıxır. Onlara xəbərdarlıq edilir, müəyyən cərimələr verilir, işlər mühafizə orqanlarına göndərilir və.s. Amma yenə də durum dəyişməz olaraq qalır.

“Hamı istədiyi tenderi istənilən səviyyədə keçirir. Orada müəyyən narazılıqlara baxmayaraq, öz istədikləri adamlara tenderi uddururlar . Bu artıq adi hala çevrilib Düzdür, elan verirlər ki, orada-burada tender var. Amma sonradan məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır”.

“Faktiki olaraq deyərdim ki, tenderlər tenderi keçirən rəhbərin monopoliyasındadır. İstədiyi adama tenderi verir və şərtləri əvvəlcədən razılaşdırırlar”.

«Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərovun sözlərinə görə, hazırda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qanunsuzluq baş alıb gedir və Azərbaycan iqtisadiyyatının ən korrupsiyalaşmış istiqamətlərindən birinin dövlət qurumlarının keçirdikləri tenderlərdir.

“Mən neçə illərdir ki, dövlət satınalmalarında baş verən qanunsuzluqlarla bağlı silsilə həyəcan təbilləri çalmışam, aidiyyatı qurumları dəfələrlə ayağa qaldırmışam, konkret iqtisadi cinayətkarlıq hallarının üstünü açıb ifşa etmişəm, lakin əfsuslar olsun ki, heç bir əməli tədbir görülməyib. Ölkəmizin dövlət qurumlarının tender komissiyaları korrupsiya bataqlığında üzməkdə davam edir. Mənə bu prosesdə bata bilməsələr də, «ağ qarğa»ya dönmüşəm artıq. Həm də, korrupsiyaya bulaşmış dövlət qurumlarının tender komissiyaları üçün mən və təmsil etdiyim şirkət arzuedilməz şəxslərə çevrilib. Əlimizi hansı layihəyə, hansı tenderə atırıqsa, əvvəlcədən kiminləsə razılaşdırılıb, əvvəlcədən satılıb. Nəticədə də, 6 aya 48 milyon manat pul qazanan, amma adı heç bir yerdə məlum olmayan, sektorda heç bir imzası olmayan, ölkənin iqtisadiyyatına heç bir əlavə dəyər verməyən “şirkətlər” meydana gəlir. Biz canımızı-qanımızı qoyub, sektorun inkişafına töhfə veririk, kadrlar yetişdiririk, ekosistem yaradırıq, amma bunların iştirak etdiyi 166 tenderin heç birinə bizi cəlb etmirlər».

İş adamı bildirir ki, bəzi hallarda dövlət qurumları tenderləri başqalarının xəbər tutmaması üçün az qala gizli keçirirlər:

Ən maraqlısı odur kitenderlərin bir hissəsi əslində hansısa işin yerinə yetirilməsi deyil, sadəcə pulu büdcədən çıxarmaq üçün keçirilir: «Tenderləri ona görə keçirirlər ki, büdcədəki pulu necəsə yesinlər. Bunun bariz nümunəsi kimi qeyd edim: Ötən 2-3 ildə yüzlərə tenderi ləğv etdirmişik. Həmin ləğv edilən tenderin predmeti üzrə işlər yenidən elan olunmur. Onda sual olunur: əgər yenidən elan olunmursa, bəs o tələb olunan işlər necə oldu ki, birdən-birə tələb olunmadı? Əslində, o işləri başqa vasitələrlə satın alırlar və yaxud da, həmin büdcəni transfer edirlər, başqa satınalma predmeti üçün, axırda nə təhərsə yeyirlər o pulları”.

Qeyd edək ki, Bizimyol.info olaraq bu yöndə araşdırmalarımız davam edir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »