Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“DTK Ermənistanda və Qarabağda rəhbərləri və təxribatçıları həbs etməli idi” - Video

“SSRİ-yə ən güclü zərbəni özgə ərazilərini ələ keçirmək məqsədilə açıq silahlı münaqişəyə başlamış ermənilər vurub. Orada ermənilər yaşasa da, Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi”.

Virtualaz.org xəbər verir ki, bunu jurnalist Ruslan Qurbanova müsahibəsində Rusiya Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov deyib. Müsahibənin tam versiyası YouTube videohostinqində yerləşdirilib. 14-cü dəqiqədən başlayaraq baxın.

“Bu məsələni sülh yolu ilə həll etmək əvəzinə, onlar silahlı mübarizəyə başlamaq qərarı verdilər. Bütün dünya o vaxt SSRİ-də mərkəzi hakimiyyətin zəifliyini gördü. Bu məsələ ilə DTK məşğul olmalı və Qorbaçovun birbaşa göstərişlərini gözləməməli idi, çünki dövlətin müdafiəsi bu strukturun birbaşa vəzifəsidir”, - o bildirib.

Xasbulatov qeyd edib ki, DTK Ermənistanda və Qarabağda iyirmi nəfərə yaxın rəhbəri və təxribatçını həbs etməli və qan tökülməsini dayandırmalı idi.

“Sovet İttifaqı Qafqazdan dağılmağa başladı. Qarabağda müharibə başlayanda Baltikyanı ölkələr gördülər ki, heç kim hərəkət etmir və öz müstəqillikləri məsələsini qaldırdılar. O vaxt mən Rıjkovdan (SSRİ Nazirlər Şurasının sədri – red.) soruşdum ki, niyə Azərbvaycanla Ermənistan arasında münaqişəni başlamaqda günahı olanlar cəzalandırılmır? O dedi ki, bu işlə Volski məşğul olur. Amma Volski sərf mülki adamdır. Separatçılar dövlətə qarşı çıxış edəndə onlarla sərt davranmaq və həbs etmək lazımdır. O vaxt Ermənistanda dəmir əllə qayda-qanun yaradılsaydı, qurbanlar olmazdı. DTK konstitusiya quruluşunu bərpa etməli, yaxasını kənara çəkərək siyasi qərar gözləməməli idi. Belə olardısa, SSRİ dağılmazdı. Heç kim ayrılmaqla bağlı cınqırını da çıxara bilməzdi”, - o deyib.

Xasbulatov eyni zamanda Rusiyanın Qafqaz ölkələri ilə bağlı siyasətini tənqid edib.

“Mən qəti razı deyiləm ki, indi federal hakimiyyət yalnız bir Qafqaz ölkəsinə vurğu edir – bu da SSRİ-nin dağılmasının səbəbi olmuş Ermənistandır. Mənə elə gəlir ki, Azərbaycan və Gürcüstanla yaxın münasibətlərin qurulması Rusiya üçün daha sərfəli olardı”, - o qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Ruslan Xasbulatov Tatarıstan mətbuatında buna oxşar fikirlər səsləndirmişdi və həmin müsahibə virtualaz.org-da dərc olunmuşdu.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »