Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenilənmiş dəmiryol stansiyasının köhnə dərdləri, sakinlər şikayətçidir - Foto

Yaxın aylarda istifadəyə verilən Bakıxanov dəmiryolu stansiyasından sakinlərin şikayəti var.

Sakinlərin Bizimyol.info-ya verdiyi məlumata görə, dəmiryoluna məxsus keçid həm də Bəşir Bünyadov küçəsi ilə Yavər Əliyev küçəsi arasında keçid kimi istifadə olunur. Lakin keçiddə eskalator yoxdur. Hündür pilləkanları qalxıb enməkdə əziyyət çəkən sakinlər keçiddəki liftdən istifadə edə bilmir. Sakinlər deyir ki, liftdən bir neçə təsadüfi halda istifadə edən əlil olsa da, digər sakinlərə icazə verilməyib. Şikayətçilər deyir ki, son zamanlarda heç əlillər də istifadə edə bilmir.

Stansiyanın təmirinə sevinən sakinlərin sevinci gözlərində qalıb. Uzunmüddət davam edən təmir-tikinti işindən sonra istifadəyə verilən keçid keflərinə soğan doğrayıb. Yaşlı, körpə uşağı olanlar hündür pilləkanları enib qalxmaqda əziyyət çəkir.

Küçədən küçəyə keçmək üçün alternativ yolun çox uzaqda yerləşdiyini deyən sakinlər bildirir ki, pilləkanları enib qalxa bilməyənlər üçün uzun yolu qət etmək problem yaradır.

Dəmiryol stansiyası 11

Problemlər bağlı Bizimyol.info saytı Azərbaycan Dəmiryolları QSC ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə sözügedən stansiyadakı lift hələ istismara verilməyib. “Lift Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra istismara verilir” deyən əməkdaş müəyyən vaxtlarda liftin əlillər üçün işləməsi faktına aydınlıq gətirib: “Lift ola bilsin istisna hal kimi stansiya rəisi tərəfindən yandırılıb və ya Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama işləri gedən zamana təsadüf edib”.

Liftin Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydə alındıqdan sonra istismara verilməsini vurğulayan əməkdaş bu prosedur başa çatdıqdan sonra yandırılaraq istismara veriləcəyini bildirib. İstismara verilən lift bütün sakinlər tərəfindən istifadə oluna biləcək.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »