Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdə xəstəxanasına atılan uşaqlar atalarına qovuşdular - Video

Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

Oxu.Az xəbər verir ki, uşaqları xəstəxanaya nənə-babası atıb.

Hadisədən uşaqların atası - Bərdə rayon Körpüqıran kənd sakini Sərxan Kərimov xəbərsiz olub. Ata xəstəxanaya müraciət edərək uşaqlarını istəyib. Rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının iştirakı ilə müəyyən sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb.

Qeyd edək ki, hadisə ötən gün axşam saat 22:00 radələrində baş verib. Uşaqlardan biri doqquz yaşında, digəri isə altı aylıqdır.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »