Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nissan" 10 mindən çox işçisini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor Co" şirkəti dünya üzrə 10 mindən çox işçisini ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Kyodo News"a istinadən verdiyi məlumata görə, cari ilin may ayında avtomobil istehsalçısı ixtisar olacaq işçilərin sayını 4,8 min olacağını elan etmişdi. Göründüyü kimi, ixtisarın miqyası gözləniləndən də iri olacaq. İşçilərin əlavə ixtisarı həmçinin "Nissan"da çalışan əməkdaşların vaxtından əvvəl təqaüdə çıxması hesabına da həyata keçiriləcək. Şirkətin ixtisar haqqında rəsmi olaraq iyulun 25-də elan edəcəyi gözlənilir.

Güman edilir ki, ixtisarlar "Nissan"ın Cənubi Amerika və digər regionlardakı rentabelli olmayan bəzi zavodların personalını da əhatə edəcək. Bunun müqabilində şirkət Yaponiyada istehsalı optimallaşdırmağı düşünür.

Qeyd edək ki, 2018-ci maliyyə ilində “Nissan”ın satışları 4,4% azalaraq 5,52 mln. ədədə, o cümlədən ABŞ-da 9,3% azalaraq 1,44 mln. ədədə, Avropada isə 14,9% azalaraq 643 min ədədə düşüb.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »