Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sığorta şirkətləri avtoservislərlə əlbir işləyir? – İddialara cavab

Sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda icbari sığorta xidməti göstərən sığorta şirkətlərinin avtoservis xidməti müəssisələri ilə əlbir olması barədə iddialar səsləndirilir.

Tanınmış sığorta eksperti İlkin İbrahimov bildirib:

İlkin İbrahimov

“Əvvəllər də sığorta şirkətlərinin avtoservislərlə əlbir olması, təmir qiymətinin şişirdilməsi, vətəndaşlara keyfiyyətsiz avtoservis xidmətləri göstərildiyi barədə mətbuatda yazı paylaşmışdım. Qeyd etmişdim ki, sığorta şirkətləri avtoservislərlə birgə vətəndaşlara keyfiyyətsiz xidmət təşkil edərək, icbari avtomobil sığortasında 30-35% sığorta haqqında etdikləri endirimləri geri almağa çalışırlar.

Məsələn, vətəndaşa 540 AZN pul təklif edirlər və deyirlər ki, biz sizin avtomobili bu qiymətə təmir edə bilərik. Ya pulu götürün ya da gətirin bizim servisdə bunu bu qiymətə təmir edə bilərlər. Sonda vətəndaş onların dediyi servisi seçdikdə qiymət ən azı 2 dəfədən də çox artmış olur. Səbəb kimi qeyd edirlər ki, zərər aktını ilkin tərtib edəndə üzdən baxış olur. Sonradan biz "dərinə gedirik" ona görə qiymət artır.

Məsələnin digər tərəfi, sığorta şirkətlərinin qiymətin az çıxarılmasının səbəbini sığorta şirkətlərinin eyni servislərlə daimi işləməsi və buna görə də onlara güzəşt olunması kimi qələmə verirlər. Təcrübə göstərir ki, sığorta şirkətlərinin işlədiyi servislər zərər aktında vətəndaşa aşağı qiymət deyir, təmir zamanı isə məbləğ artıq olur. Keyfiyyət isə digər yerlərdən aşağı, hətta maşınların servisdə qalma müddəti 2-3 ayadək davam edir”.

Azərbaycanda təxminən hər üç ailədən birinin avtomobilinin olduğunu nəzərə alsaq bu iddianın cəmiyyətimizdə hər kəsdə maraq oyandıracağını demək olar.

Sığorta eksperti Xəyal Məmmədxanlı Bizimyol.info saytına verdiyi açıqlamada bildirdi ki, bu iddianı ucdantutma hər kəsə aid etmək olmaz.

Xəyal Məmmədxanlı Xəyal Məmmədxanlı

“Sevislrlə bağlı vətəndaşların problemi ola bilər amma bunu əlbir olmaq adalandırmaq olmaz. Zərərin hansı formada ödənilməsini sığorta şirkəti seçir. O ya pul verə bilər, ya da avtomobili təmir etdirə bilər. Müştəri düşünürsə ki, ona şirkət tərəfindən az pul hesablanıb, o zaman versin şirkət özü təmir etsin. Avtomobilinizi verin sığorta şirkərinə, təmiri bəyənməsəniz kompensasiyanızı tələb edə bilərsiniz.Orda artıq nə qədər artıq xərc çıxsa da bunun vətəndaşa zərəri olmur, ödənişi sığorta şirkəti edir.

Təmir başlamazdan öncə avtomobil sökülməli gizli qüsurları üzə çıxarılmalıdır.B mənada 500 manatlıq təmir işi tutaq ki, dönüb 800 manatlıq ola bilər, lakin ödəməni sığorta şirkəti həyata keçirir.

Vətəndaşa icbari sığorta ilə avtomobili təmir etdirirsə, vətəndaşa təmir üçün qoyulan maksimum limit 5000 manatdr. Servisdə təmir zamanı əlavə zədələr aşkarlanıb və bu üzə çıxırsa, tutaq ki, avtoservis 6000 manatlıq iş görübsə bu bu min manataı tələb etməkdə haqlıdır. Vətəndaşa hansı halda ziyan dəyə bilər? Buna aydınlıq gətirim. Deyək ki, iki vatomobil toqquşub. Hadisəyə səbəb olan avtomobilin sahibi qarşı tərəfin avtomobilini sığorta yolu ilə təmir etdirməlidir. Bu zaman sığorta şirkəti ona 500 manat deyib, sonradan zərər vuran şəxsdən subraqasiya qaydasında 1000 manat tələb olunursa o narazılıq edə bilər. Deyə bilər ki, “axı əvvəlcə 500 manat deyilmişdi”.

Vətəndaşın artıq pul ödəməsi məsələsi əlbəttə qanunsuzdur. Tutaq ki, vətəndaş avtomobilinə dəyən ziyanı düzəltdirərkən deyirsə ki, “ avtomobil artıq təmidədir, qapını düzəltməyək, dəyişək”, o zaman dəyişmə ilə düzəltmə arasında təbii ki, fərq olacaq. Bu onun öz istəyi əsasında olursa müştəri özü ödəməli olur. Sığorta şirkətinə təmir zamanı əlavə zədələrin olması barədə məlumat verilirsə qüsur aktı yenidən tərtib olunmalıdır. Təmir bəzən iki gün də çəkə bilər. Buna 7 gün ərzində qərar verilir. Nağd halda pul 7 gün ərzində verilməlidir. Sığorta şirkəti ödənişi gecikdirildiyi hər günə görə məbləğin 0.1 % qədər ödəniş edir.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »