Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzəri hasarladığına görə "Sədərək" sahibinə qarşı yeni qərar

Əmlak Məsələləri Dövlət Komitəsi "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylini 5 min manat cərimələsə də, ödəməkdən imtina edirdi. Qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verən işadamı bildirirdi ki, cərimələnməsindən icra məmurları pulu tələb edəndə xəbər tutub. Nəsimi Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb, cərimə qərarını ləğv etmişdi.

Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan apellyasiya şikayəti vermişdi.

Bizimyol.info xəbər verir ki, iyulun 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərov Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib, iş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.

Məhkəmədə Y.Qədimbəyli və nümayəndəsi iştirak etməyib. Əmlak Məsələləri Dövlət Komitəsini Cəmil Rəhimov təmsil edib.

Yusif Qədimbəyli Yusif Qədimbəyli

O, çıxışında aşağı instansiya məhkəməsinin qərarının ləğvini, cərimənin ödənilməsini istəyib.

Y.Qədimbəyli İnzibati Xətalar Məcəlləsinin 248.2-ci (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması) maddəsilə cərimələnib.

"Sədərək" sahibinin hasarladığı ərazi Qaradağ rayonu, Sahil qəsəbəsi yaxınlığındadır.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »