Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
16 yaşlı bəy toy günü öldürüldü - Video

Ankaranın Sincan bölgəsində 16 yaşlı Hüseyn Furkan Koca toy günü öldürülüb.

Bizimyol.info xəbər verir ki, bir gün əvvəl keçirilən xına gecəsində başlanan dava toy günü də davam edib. Toyunda baş verən dava isə 16 yaşlı Hüseyn Furkan ölümünə səbəb olub.

Huseyn Furkan

Hadisə şahidləri ifadələrində bildiriblər ki, Muahmmed G. yaranan davanı sakitləşdirmək məqsədi ilə odlu silahdan göyə atəş açıb. Tavandan səkən güllə qonaqların arasında dayanan bəyin sinəsinə dəyib. Hüseyn Furkan ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlər xəstəxanaya çatdırılan 16 yaşlı bəyin həyatını xilas edə bilməyiblər.

Polislər gələnə kimi hadisəni törətmiş Muhammed G. qaçaraq gizlənib. Polis üç nəfəri saxlayıb.

Son xəbərlər
Bütün xəbərlər »