Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BVF neft qiymətlərinə dair proqnozunu artırdı

Beynəlxalq Valyuta Fondu 2019-2020-ci illər üçün dünyada neftin qiymətlərinə dair proqnozunu bir barel üzrə müvafiq olaraq 6,4 dollar artıraraq 65,52 dollara və 4,9 dollar artıraraq 63,88 dollara çatdırıb.

"Report” xəbər verir ki, bu barədə fondun iyul ayına dair "World Economic Outlook” hesabatında bildirilir.

"2018-ci ildə bir barel neftin orta qiyməti 68,33 dollar olub. Bazar konyunkturuna əsasən 2019-cu ildə qiymət 65,52 dollar, 2020-ci ildə isə 63,88 dollar məbləğində ehtimal olunur” , - deyə sənəddə göstərilir.

Qeyd edək ki, aprel ayının hesabatında orta qiymətlərə dair cari və gələn ilin proqnozu müvafiq olaraq 0,2 dollar artıraraq 69,16 dollara və 0,3 dollar artıraraq 59,02 dollara çatdırmışdı.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »