Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yanğında 4 nəfər öldü

Rusiyanın Xabarovsk vilayətindəki uşaq düşərgəsində baş vermiş yanğın nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Modern.az xəbər verir ki, yanğın ötən gecə “Xoldomi” dağ-xizək kompleksinin ərazisindəki çadır şəhərciyində baş verib.

Hadisə zamanı bir uşaq yanıb, yeddisi uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Üç uşaq isə xəstəxanada həyata gözlərini yumub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, yanğın 26 çadırdan 20-ni əhatə edib.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisə yerində istintaq qrupu araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »