Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada təbii qazın qiymətini aşağı salırlar

Avqustda Ukraynada əhalinin istifadə etdiyi təbii qazın qiyməti 5,5 faiz ucuz olacaq. Qiymət heç bir halda 1000 kubmetr üçün 4640 qriveni (təxminən 300 manat) keçməyəcək.

Bizimyol.info xəbər verir ki, Ukraynanın dövlət şirkəti olan “Naftoqaz”ın tariflərlə bağlı hesabatı qiymətin aşağı düşəcəyini deməyə əsas verir. Nazirlər Kabinetinin rəhbəri Vladimir Qroysman da nikbinliyi gizlətmir. Onun dediyinə görə, qiymətlər son üç ayda 25 faiz aşağı düşüb.

Qroysman əvvəllər də nikbin açıqlamalar verirdi. Nazirlər Kabinetinin rəhbəri bir müddət əvvəl qiymət artımını problemlərin həlli baxımından əhəmiyyətsiz addım adlandırmışdı. O, indi soyuq aylara qədər 20 milyard kubmetr qaz ehtiyatı yığmağın vacibliyini bildirir.

Hərçənd, iyulun 5-də “Naftoqaz”ın rəhbəri belə nikbin danışmamışdı. O, qaz ehtiyatı olmayacağı təqdirdə qışda fəlakət yaranacağını söyləmişdi.

Ukrayna 2015-ci ilin noyabrından Rusiyadan qaz almağı dayandırıb. Rəsmi Kiyev məcburən Avropadan daha bahalı qaz alır.

Son xəbərlər
Bütün xəbərlər »