Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş deputatlığa namizəd dələduzluqda ittiham edilir: Müstəntiq də cəza alacaq

Keçmiş deputatlığa namizəd Xalidə Şirəlizadə dələduzluqda ittiham olunur. O, məhkəmə qarşısına çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Xalidə Şirəlizadə qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədovla birlikdə belə ittihamla üzləşib. Həmin iki şəxs başqa işə görə artıq azadlıqdan məhrum edilib. Şirəliyev 3 il 6 ay, Məmmədov isə 7 il 6 ay müddətinə azadlığını itirib, hələ də cəzaçəkmə müəssisəsindədirlər.

Xalidə Şirəlizadə də onlar kimi adamların işə düzəltmək adı ilə pullarını ələ keçirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi araşdırma üçün məhkəməyə göndərilmişdi, amma imtina cavabı gəlib. İş yenidən istintaqa qaytarılıb. Səbəb isə istintaq dövründə qanun pozuntusuna yol verilməsidir. Məsələn, müstəntiq Nicat Nayıbov iddia edir ki, o, istintaq başa çatandan sonra Bakı İstintaq Təcridxanasında Firdovsi Şirəliyevlə 6 saat vaxt keçirib, onu materiallarla tanış edib. Təcridxanadan isə bildirirlər ki, müstəntiq həmin gün orada cəmi 10 dəqiqə olub. Firdovsi Şirəliyev onun sənədlərə qol çəkməyə məcbur edildiyini bildirir: “Heç kimlə üzləşdirilməmişdim”.

Bacısı da bənzər fikirləri deyir. Xalidə Şirəlizadə işdə adı keçən adamlardan yalnız qardaşını tanıdığını söyləyir.

Müstəntiq Nicab Nayıbov qanun pozuntusuna görə cəzalandırılacaq. Prokuror da çıxışında Nizami Rayon Polis İdarəsinin əməkdaşının cəza alması məsələsini qoyub.

Xalidə Şirəlizadə hələ həbs olunmayıb. Haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Şirəlizadə 2010-cu ildə Masallıdan deputatlığa namizəd olub.

Son xəbərlər
Bütün xəbərlər »