Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ağır qəza: Bir ölü, iki yaralı

Lənkəranda ağır yol qəzası baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza “Mercedes” markalı, 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüsal Əzizovun idarəetməni itirməsi nəticəsində olub. Maşın aşaraq Astara rayonunun Ərçivan qəsəbə sakinlərini xəstəxanalıq edib. Sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən 69 yaşlı Cəmilə Məmmədova və 29 yaşlı Nigar Əzizova travmatik şok vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 71 yaşlı Azadə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »