Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrizmann debüt etdi, “Barselona” uduzdu

“Barselona” yeni transferi Antuan Qrizmann ilə ilk oyununa çıxıb. Kataloniya klubu Yaponiyada keçirilən yoxlama görüşündə “Çelsi”yə 1:2 hesabı ilə uduzub.

Bizimyol.info xəbər verir ki, Qrizmann yalnız ilk 45 dəqiqəni meydanda keçirib. Argentinalı ulduz futbolçu Lionel Messi isə ümumiyyətlə oynamayıb.

Hesabı 24-cü dəqiqədə “Çelsi”dən Terri Abraham açıb. 81-ci dəqiqədə hesab arasındakı fərq artıb. Ross Barkli “Barselona”nı çətin vəziyyətdə qoyub. Təsəlli qolunu əlavə dəqiqələrdə İvan Rakitiç vurub.

Hər iki klub xeyli futbolçunu sınaqdan keçirib. “Barselona”da Qrizmanndan başqa holland Frenki de Yonq da debüt edib.

Qrizmannın transferi İspaniya klubuna 120 milyon avroya başa gəlib. Hərçənd, futbolçunun əvvəlki sahibi olan “Atletiko” məbləğdən narazıdır. Madrid klubu daha 80 milyon avro istəyir. Məsələyə İspaniya Futbol Federasiyası qarışıb.

Qrizmann Fransa milli komandasının heyətində dünya çempionu olub. “Atletiko”da keçirdiyi 180 oyunda 94 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »