Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən qiymət artımı ilə bağlı açıqlama

“İyul ayının sonuncu həftəsinə az qalmasına baxmayaraq, biz hələ də sahələrdən kütləvi şəkildə məhsul yığa bilmirik”.

Bu barədə Bizimyol.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Nicat Nəsirli bildirib.

Nicat Nəsirli KT eksperti

O deyib ki, havalar axşamlar sərin olur, gündüzlər isə yağış yağır: “Birincisi, belə hava şəraitində bitki öz məhsulunu yetişdirə bilmir. İkincisi, fermer məhsulu yığmaqda maraqlı olmur. Çünki fermer məhsulunu qorumaq məcburiyyətində qalır”.

N.Nəsirlinin sözlərinə görə, növbəti həftələrdə sahələrdən məhsulların kütləvi yığılma dövrü başlayacaq: “Qeyd edim ki, kava şəraiti ilə bağlı kütləvi məhsul yığımında 25 gün gecikmə oldu. Bu da qiymətlərə təsir göstərdi”. Nazirliyin rəsmisi bildirib ki, iyul ayının 12-dən 19-a kimi bazarlarda monitorinq aparmıblar: “Biz görürük ki, Bakının əsas topdansatış məntəqələrində salyan pomidorunun qiymətində 19 faiz ucuzlaşma baş verib. Salyan rayonunda istehsal olunan digər məhsullarda isə 10 faiz ucuzlaşma müşahidə edirik. Son bir həftə ərzində soğanın qiymətində 17 faiz uzuclaşmaya nail olmuşuq. Əhali üçün ikinci çörək hesab olunan karfotun qiymətində 4 faiz uzuclaşma var”.

Ramid İbrahimov

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »