Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daşınmaz əmlak bazarında böhran - Ekspertdən açıqlama

2019-cu ilin iyun ayında Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı düşüb.

Bu barədə bizimyol.info-ya daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

O, deyib ki, hesabat ayı ərzində ilkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,17 faiz artım, təkrar mənzil bazarında isə 3,27 faiz azalma müşahidə olunub.

Nüsrət İbrahimov Nüsrət İbrahimov

“Eyni zamanda, torpaq bazarında ay ərzində qiymətlərdə 0,96 faiz artım müşahidə olunub. Kirayə mənzil bazarında ay ərzində qiymətlərdə 2,3 faiz azalıb.

N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və iyun-iyul aylarında aktivliyin aşağı düşməsi normal haldır. “Bazar adətən payızda canlanmağa başlayır. Yay aylarında insanlar istirahətə və tətilə önəm verdikləri üçün alqı-satqını payız aylarına saxlayırlar”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »