Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın yaşadığı mənzili yandırıb, rəqs etməyə başladı - Video

Türkiyənin Düzcə Vilayətində qeydə alınan bir video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Bizimyol.inffo Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əsəb böhranı keçirən Aişə Şimşək adlı qadın çoxmərtəbəli binada yerləşən mənzilini yandırıb. Evinin qapısını bağlayan qadın balkona çıxaraq rəqs etməyə başlayıb.Yaxınlaşıb söhbət etmək istəyən qohumlarına, tibb işçilərinə isə əlinə keçəni atmaqla problemlər yaradıb. Polis evin tüstüləndiyini görüncə qapını qıraraq Aişə Şimşəyi sakitləşdirməyə çalışıb. Tibb İşçilərinin müdaxiləsindən sonra qadın xəstəxanaya aparılıb.Onun uzun müddət ərzində psixi problemlər səbəbi ilə müalicə aldığı bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »