Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada mətbuatı deputatların Dağlıq Qarabağa qanunsuz səfərindən yazıb
Kanadanın “The Globe and Mail” agentliyində “İki mühafizəkar parlament üzvünün işğal olunmuş ərazilərə səfər etdikləri üçün Azərbaycana girişlərinə qadağa qoyulub” başlıqlı məqalə dərc olunub. APA-nın məlumatına görə, məqalənin müəllifi Robert Fifi Kanada Parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə səfərləri səbəbindən Azərbaycana girişlərinə qadağa qoyulduğunu yazıb.

Məqalədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer ayrılıb. H. Hacıyev kanadalı deputatları Ermənistan tərəfinin təbliğat aləti olmalarında və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamalarında günahlandırıb. H. Hacıyev əlavə edib ki, 1 milyondan artıq azərbaycanlı etnik təmizlənməyə məruz qalıb, kanadalı parlamentarların bu kimi səfərləri sözügedən təmizlənməyə dəstək verir və bu addım tamamilə mənəvi etik dəyərlərdən uzaqdır.

Həmçinin, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal etdiyi qeyd olunur.

Qeyri-qanuni səfərdə iştirak edən Toni Kleman bu səfərin humanitar xarakter daşıdığı və münaqişədə tərəf tutmadığını bildirib. Səfərin maliyyələşməsinə gəlincə o etiraf edib ki, bu səfər dolayısı Amerika erməni milli komitəsinin Kanada bürosu tərəfindən təşkil olunub.

Məqalədə fikirləri əks olunan Kanada XİN rəsmisi Kanada hökumətinin vətəndaşların Dağlıq Qarabağa səfərlərdən çəkinməyə çağırdığı və Kanadanın ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyi qeyd olunur.

Son xəbərlər
Bütün xəbərlər »