Çərşənbə , 21 Avqust, 2019
Baş səhifə / Dünya / Ukraynada gizli həbsxanalar aşkarlanıb

Ukraynada gizli həbsxanalar aşkarlanıb

458 Views

“Ukraynada Təhlükəsizlik Xidmətinin gizli həbsxanaları fəaliyyət göstərir”.

Bu barədə RİA Novosti ölkənin Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşlarına və məhkumlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, qurumun gizli həbsxanaları Xarkov, Kramatorsk, Mariupol şəhərlərində, Donbasda təmas xətti boyunca və ölkənin digər şəhərlərində yerləşir.

Mənbələrin sözlərinə görə, gizli həbsxanalarda olan məhbuslar mədən ərazilərinə göndəriliblər. Həbsxanalardakı insanları mühitə uyğunlaşdırmaq üçün işgəncə veriblər.

Agentlik iddia edir ki, Ukrayna Təhlükəzilik Xidmətinin bəzi həbsxanaları indiyə qədər fəaliyyət göstərə bilər.(“Qafqazinfo”)