Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahətini gözəl etmək istəyənlər, Gədəbəydə yaylaq festivalına qatılın! - Foto

Azərbaycanda ilk dəfə Gədəbəy rayonunun Miskinli yaylağında təşkil ediləcək genişmiqyaslı el şənliyi özünün zəngin proqramı ilə diqqət çəkir.

Artıq ərazidə dəyələr qurularaq lazımi insfrastruktur yaradılır. Bizimyol.info xəbər verir ki, mədəni-etnoqrafik hissədə tamaşalar, əski xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Festivalda qonaqlar və turistlər arasında masa güləşi, kəndir dartma kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »