Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
60 ildir yarı beyni olmadan yaşayırmış

Moskvada bir sağlıq mərkəzinə nasazlığı ilə bağlı müraciət edən bir xəstənin beyninin yarısı olmadan yaşadığı ortaya çıxıb.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, həkimlər qeyri-adi tibbi hadisəni təəccüblə qarşılayıblar. 60 yaşındakı keçmiş mühəndisin bütün bədən funksiyalarını normal insanlar kimi işlədə bilməsi həkimləri şoka salıb.

Universitet oxuyan, hərbidə olan, ailə quran və 2 uşağı olan xəstə bildirib ki, tamamilə normal, qüsursuz həyat yaşamışam, məni heç bir şey narahat etməyib və məşhur olmaq istəmirəm.

Nevroloq Marina Anikina bildirib ki, bu görülməmiş bir hadisədir:

"Patologiya embriyonun beyin inkişafının ən əvvəlində meydana gəlib, bəzən bu cür hallar ölümlə nəticələnir. Lakin bu patologiya göstərir ki, bu cür hallar funksiyalarda problem yaratmır. Əgər bu patologiya bu gün təsbit edilsə idi, anaya bu hamiləliyi sonlandırması məsləhət görülərdi, ancaq 60 il əvvər SSRİ-də belə texnologiya yox idi".

Son xəbərlər
Bütün xəbərlər »