Çərşənbə axşamı , 20 Avqust, 2019
Baş səhifə / Daycest / ABŞ kosmonavtları Ayda qoyub gələcək

ABŞ kosmonavtları Ayda qoyub gələcək

121 Views

ABŞ-ın Ay ilə bağlı böyük planları var. 2024-cü ildə Yerin peykinə ikinci səfər planlaşdırılır. Bu dəfə kosmonavtları Ayda qoyub gələcəklər.

Bizimyol.info xəbər verir ki, bu haqda ABŞ vitse-prezidenti Mayk Pens məlumat verib. Onun fikrincə, Amerika dövləti orada tədqiqat aparmağı, yeni texnologiyaları inkişaf etdirməyi düşünür: “Zaman yetişəndə Aydan Marsa gedəcəyik”.

Aya növbəti səfər beş il sonra nəzərdə tutulub. Yerin peykinə yola düşəcək astronavtların arasında qadın da olacaq.

İlk səfər 1969-cu ilin iyulunda baş tutmuşdu. Onda amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin belə imkan qazanmışdı. Armstronq tarixdə Aya ayaq basan ilk insan kimi qalacaq.