Çərşənbə axşamı , 20 Avqust, 2019
Baş səhifə / Dünya / “İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbəri yalandır”

“İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbəri yalandır”

59 Views

ABŞ Prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

Dövlət başçısı bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, – deyə D.Tramp qeyd edib.

Virtualaz.org xatırladır ki, “Fars” agentliyi bu gün İranın İnformasiya (kəşfiyyat) Nazirliyinə istinadən yerli məhkəmənin ABŞ-ın xeyrinə casusluq etməkdə ittiham olunan 17 nəfər barəsində hökm verdiyi haqda məlumat yayıb.

Barəsində hökm çıxarılanların bəzilərinin edam cəzasına məhkum edildikləri bildirilir.