Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı buna inanır”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Şvitalski bu gün jurnalistlərə açıqlamasında deyib.

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe bir neçə fundamental prinsipə əsaslanır. İlk öncə, biz inanırıq ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə sadəcə sülh yolu ilə həll oluna bilər. İkincisi isə, biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik”, - P. Şvitalski bildirib.

Son xəbərlər
Bütün xəbərlər »