Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda qəribə oğurluq – Oğru tanıdığı evlərdən əl çəkmir

Lənkəran rayonunda baş verən oğurluq qəribə oğurluq faktları yerli camaatı həm təəccübləndirir, həm də narahat edir.

Bizimyol.info xəbər verir ki, Lənkəranda Şilim kənd sakinin son 6 ay ərzində dördüncü dəfədir ki, mal-qarası oğurlanır. Nə oğrulardan xəbər var, nə də oğurlananların aqibətindən.

Lənkəranda örüş sahəsindən günün günorta çağı 1500 manat dəyərində olan iribuynuzlu heyvan oğurlanıb. Kənd sakini Bəylər İsmayılova məxsus tövlədə oğurluq hadisələri bir-birini əvəz edir. Sonuncu hadisə zamanı oğurlanan heyvan tapılandan 2 gün sonra yenə oğurlanıb.

Oğurluq hallarının təkrarlanması zərərçəkənləri narahat edir. Onlar, analoji hadisələrin artıq hansısa ədavətdən irəli gəldiyini düşünürlər. Qeyd edək ki, ayrı-ayrı vaxtlarda nə az, nə çox 4 oğurluq hadisəsi nəticəsində Bəylər İsmayılovun tövləsindən ümumilikdə 4 qoyun və 1 inək oğurlanıb.

Zərərçəkmiş oxşar hadisələr səbəbindən ona dəymiş maddi ziyanın ödənilməsini istəyir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »