Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlılar yaşayan kəndin sakinləri etiraz aksiyası keçirdilər

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar və gürcülərin birgə yaşadığı Qambori kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Sakinlər kənddə içməli su probleminin həll olunmasını tələb ediblər.

Kəndin mərkəzi avtomobil yolunu bağlayan sakinlər 15 ildir susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problemlə bağlı Saqareco bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, məsələ həll olunmamış qalıb.

Polisin müdaxiləsindən sonra etirazçıların bağladığı yolda hərəkət qismən bərpa olunub.

Qambori sakinləri Saqareco bələdiyyəsinin rəhbər şəxsləri ilə görüş tələb edirlər.

Gürcüstanın Saqareco rayonunun icra başçısı Giorgi Ebrotsonaşviliiçməli su proeblemi ilə bağlı etiraz aksiyası keçirən Qambori kənd sakinləri ilə görüşüb.

G.Ebrotsonaşvili bildirib ki, kəndin su təminatı ilə bağlı elan olunan tender üç dəfə uğursuzluqla nəticələnib. O, Qambori əhalisinə bu gün Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə gedəcəyinə və içməli su probleminin təcili həll olunmasını tələb edəcəyini deyib.

Kənd sakinləri rayon rəhbərliyinin 15 ildir mövcud olan susuzluq probleminə laqeyd münasibətindən narazılıqlarını ifadə ediblər.

(Report)

Son xəbərlər
Bütün xəbərlər »