Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.

Bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »