Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft qoxulu gecəqondu evlərinin gizlədilməyə məhkum dərdləri - Foto

Yol açılışı münasibətilə bir sıra qara kostyumda qalstuklu bəylər gəlib. Təbii ki, təhlükəsizliyin təmanatçısı polislərsiz olmaz. Bu mənzərəni görən nənə "fürsətdir, dərdimi danışım" deyərək niyyət edib yola çıxıb. Nəyəsə etiraz edir, amma başa düşməkdə əziyyət çəkirəm. Polislər, kostyumlu bəylər nənəni sakitləşdirməyə çalışırlar. İşim var deyə qaçaraq yoluma davam edirdim ki, nənə yanındakı nəvəsini məcbur edir:

-Get, atandan nömrəni al, gəl! Tez ol!

Mənlə eyni yolu addımlayan balacadan soruşuram:

-Nə olub?

-İşığımızı kəsiblər.

-Ödəniş etmisiniz?

-Hə

-Çek almısınız?

-Xeyr...

Balacadan evlərinin yerini soruşuram ki, dönəndə bir xəbər tutum: Axırı nə oldu? Dönüşümdə yolumu nənəgildən salmağı niyyət edib, balaca qızcığazın nişan verdiyi ev istiqamətində addımlayıram. Axşam sərinidir, amma sərinlikdən zövq alınacaq yer deyil. Neft buruqlarının arasında tikilmiş evlər, qamışlıqdan gələn üfunətli iy istidə daha da dözülməz kəskinliklə yayılır.

Təpə kimi görünən yolla ağır-ağır addımlayıram. Pis iy əhvalımı dəng edən anda burada yaşayan insanaları düşünürəm:

“Belə üfunət iyi gələn yerdə necə yaşayırlar, görəsən?” sualı beynimdəki fikirlərin drijoruna çevrilir sanki. Dodaqlarım üzgün smalikdəki kimi məndən ixtiyarsız büzülür, üzüm çökür. Ev tərəfə keçmək üçün içindən çirkli su axan torpaq kanalı keçməli oluram. Elə kanalın bir addımlığında həmin evdir. Evlə üzbəüz bir daxma var.

Qarşısında daşın üstündə yorğun bir xanımcığaz əyələşib. İçəridə balaca televizorda verilişə baxa-baxa lobya doğrayan xanım gözümə dəyir. Bu anda daxmanın üstündəki qara rəngli “krosnu” gözümə sataşır. Daxma ilə müqayisədə “krosnu” çox “qlamur” görünür. Anidən beynimdə anlaşılmaz fikirlər dolaşır:

“Bu daxmaya, çoxdanıncı ildən qalma televizora, bir də “qlamur” görünən “krosnu”ya bax. Nə qəribə təzaddır. Bəlkə də mənə qəribə gəlir. Çünki çoxdandır televiziya öz doğmalığını, sanbalını gözümdə itirib. Heç baxmıram, baxanda da uşaqlıq kanalıma – AzTv-yə çeviririr, bir qədər nostalji hisslər yaşayır və söndürürəm. Əlqərəz, qızın göstərdiyi qapıya çatmışam. Pas basmış dəmirlərlə hasarlı evdir. Ev hasar qapısından çox uzaqdadır. Bir-iki dəfə döydükdən sonra “birdən eşitməzlər” fikri ilə qapıqonşusu olan daxmadakı xanımdan “bağışlayın” deyib belə bir problemi olan qonşuları olub-olmadığını sorşuram.

Xanım:

-Yox, biz tərəfdə elə qonşu yoxdur, deyə cavab verir. Bu dəmdə daxmaya bənzəyən yarıuçqun evin qarşısında istidən yorğun düşmüş, rəngi qaralmış, toppuş, şirin bir qız anasının dediklərini təkzib edir:

-Siz elə onları deyirsiz, onlar olacaq, deyərək barmağı ilə üzbəüz dayandığım evi göstərir. Anası yenə təkzib etməyə davam edir:

-Evdə yoxdular.

Uşaq:

-Yox, evdədilər. Qadın uşağının inadı qarşısında məğlub olduğunu hiss edib, pərt olmuş halda:

-Evdə yoxdular, haçan gəldilər?

Bayaq bağlayıb getmişdilər axı, deyərək son gücünü də sərf edib yalan danışmağa davam edir. Elə inandla təkzib edir ki, özümdən asılı olmadan qadına əsəbiləşirəm, amma əsəbimi boğaraq büruzə vermədən qapını döyəcləməyə davam edirəm. Bir gözüm bu qaraca qızcığazda qalıb, elə fikir dünyam da... Anasının nadan inadının yaratdığı qıcıq duyğusu qarşısında qaraca qızcığazın yaratdığı duyğulara məğlub oluram. Bu balaca gözümə çox halsız görünür, elə bil acdır. Toppuş vücudu, əynindəki tündrəngli, çiçəkli donda halsız görnüşü, üzündəki yorğun ifadəsi ilə 60 yaşını keçmiş, dünyanın ağrı-acısını görmüş, əziyyətli həyat yolu qət etmiş, amma mənliyini qorumaqdan, haqq səsini çıxarmaqdan vaz keçməmiş, cəsarətli xalanı andırır. Nə bu balaca televizorun qarşısında əlindəki lobyanı doğraya-doğraya yalan danışan ananın qızı olmağa, nə də neftlə qamışlıqdakı zibilliklərin yaratdığı dözülməz iyili, rütubətli yerə laiq deyiləm deyə bağırtısı var idi. Balaca canı, yorğun halı ilə hiss edirdim ki, bütün gücünü ortaya qoyub qəti şəkildə anasının yalanına qarşı yanımda dayanıb. Bir müddət döydükdən sonra qapını bir xanım açır. Burada nə nənə, nə də belə bir poblemi olan qonşu yoxdur deyir. Niyyətimi bildikdən sonra biranlıq üzünə peşmanlıq duyğusu gəlir, amma günahını nəzakətli davranışı ilə yumağa çalışır.

Sağollaşıb geri dönürəm, amma qəlbimdə, beynimdə böyük dünyanın kiçik bədəndə cəm olmuş qaraca ağrısı, cəsarət hissi ilə. Axı yalan qorxaqlıq əlamətidir! Balacaların yanında biz daha cəsarətli olmalıyıq. Haqqımız sahib çıxmalıyıq ki, onlar da haqlarını bilsinlər, bildikərindən əmin olub qorumağı bacarsınlar!

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »