Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tamaşaçılar səhnədə ölən komediya aktyorunu alqışladılar

Komediya aktyoru səhnədə dünyasını dəyişib.

Milli.Az India Today-a istinadla xəbər verir ki, Hindistan əsilli komediya aktyoru Manjunath Naidu Dubayda səhnədə standap şousu göstərən zaman ölüb.

Halı pisləşən aktyor yerə yıxılıb. Tamaşaçılar onun yıxılmağını şounun bir hissəsi zənn edərək 3 dəqiqədən çox alqışlayıblar.

36 yaşlı aktyorun ürəktutmasından vəfat etdiyi deyilir. Hadisə 2 gün əvvəl, cümə günü baş verib.

Khaleej Times yazır ki, valideynləri barədə standap edən aktyor sonradan çox yorulması barədə danışıb və bir neçə dəqiqə sonra yıxılaraq ölüb. Tamaşaçılar onun yıxılmağını ciddi qəbul etməsələr də, sonradan öldüyünü öyrənəndə dəhşətə gəliblər.

Qeyd edək ki, Manjunath Naidu Əbu-Dabidə doğulub.

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
Son xəbərlər
Bütün xəbərlər »