Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilinin altında xəzinə gəzdirən ilanlardan niyə istifadə olunmur?

Azərbaycanın sonsuz sərvətlərindən biri də hər görəndə qorxub, uzağa qaçdığımız, öldürməyə çalışdığımız ilanlardır. Çox təəssüf ki, artıq 30 ildən artıq müddətdir Azərbaycanda dünyanın ən qiymətli xammalı hesab edilən, iqtisadi cəhətdən böyük fayda verə biləcək ilan zəhərinə maraq azalıb.

İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhərinin müalicəvi əhəmiyyəti barədə məlumat çox qədimlərdən məlumdur. Tibb elminin simvolu olan badəyə dolanmış ilan işarəsini yəqin çoxları gözəl xatırlayır. Elə bu simvolun özünün yaşı əsrlərə dayanır.

İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var.

Azərbaycanda 23 ilan növü mövcuddur ki bunlardan da dördünün, xüsusən gürzənin zəhərindən istifadə olunub. Vaxtilə SSRİ-də istehsal olunan ilan zəhərinin 70 faizini verən Azərbaycanda hazırda bu sahədə durğunluq hökm sürür . İlan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı herpetoloji kombinatlarda aparılıb. Amma bu kombinatların fəaliyyəti 90-cı illərin əvvəllərində dayandırılıb.

2009-cu ildə bu kombinatların fəaliyyətinin elmi istiqamətdə bərpası ilə bağlı qərar verilsə də , hələlik heç bir nəticə görünmür.

Ilan Zəhəri 1

Dünya bazarlarında növündən asılı olaraq ilan zəhərinin bir qramının dəyəri 200-800 dollar arasında dəyişir. Azərbaycanda zəhərli ilanların bol olmasına və iqlim şəraitinin ilan təsərrüfatlarının yaradılmasına əl verməsinə baxmayaraq bu sahə unudulub. İlan zəhəri kimi qiymətli bir maddədən niyə gəlir əldə edilməməsi sirr olaraq qalır.

Qeyd edək ki, hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Hər bir ilan zəhəri tibbi xammal olaraq dərman istehsalı üçün istifadə olunurdu.

SSRİ də təbiətində çoxlu zəhərli ilan növləri yayılan respublikalara ilan zəhərinin istehsalı ilə bağlı tapşırıqlar vermişdi. 1969-cu ildən başlayaraq Azərbaycandan da tələb olundu ki, gürzə ilanları təbiətdən ovlanıb, müvəqqəti olaraq süni surətdə saxlanıb, zəhəri alınıb Estoniyanın Kimya Əczaçılıq Zavoduna göndərilsin. İlan zəhərindən ən yaxşı dərman hazırlayan bir əczaçılıq zavodu idi. Azərbaycanda bu işə başlanıldı və 90-cı ilin əvvəllərinə qədər bu istehsal davam etdi

SSRİ-də istehsal olunan ilan zəhəri əsasən Estoniyanın Kimya Əczaçılıq Zavoduna satılırdı. SSRİ-nin tibb bazarını təmin etmək üçün Orta Asiya, Rusiya və Azərbaycanda bir yerdə cəmi 5 kiloqramdan bir az çox quru ilan zəhəri istehsal olunurdu. Onun 70 faizini isə Azərbaycan verirdi. Bu isə yüksək göstəricidir. Bu sahədə ən qabaqcıl texnologiya da bizdə idi.

İlan zəhərinin tərkibindəki fermentylər ayrı- ayrılıqda belə qiymətli xammaldır. Ilan zəhəri fraksiyalara ayrılqdıqda isə daha qiymətli məhsula çevrilir. Yaxın gələcəkdə AMEA-da fermentlər istehsal edəcək laboratoriya hazırlanacaq, bu zaman ilan zəhəri yenidən gündəmə gələcək. Bu bahalı prosedur olduğu üçün yüksək texnologiyalar əldə olunmalıdır. Sovet dövründə Azərbaycanda istehsal edilmiş 19 kiloqram gürzə zəhəri hələ də istifadəsiz qalıb. 2018-ci ildə Türkiyə bu zəhərin 10 kiloqramını almaq istəsə də alqı –satqı müqaviləsi naməlum səbəblərdən yarımçıq qalıb. Pirallahı qəsəbəsində açılması gözələnilən dərman istehsalı zavodu iə salındıqdan sonra yəqin ki, bu məsələ yenidən gündəmə gələcək.

Avstraliya, Hindistan, bir çox Asiya və Latın Amerikası ölkələrində, o cümlədən Rusiyada xeyli sayda serpentarilər fəaliyyət göstərir. Dünyada ən iri və qədim serpentari olan, 1899-cu ildən fəaliyyət göstərən Braziliyanın San-Paulo şəhərində yaradılmış Buntan İnstitutunda müxtəlif növ ilanlar yalnız 6 ay ərzində saxlanılır və bu müddətdə hər ilandan 0,03-0,04 qram quru zəhər əldə edilir.

İlan zəhərinə qarşı zərdabın hazırlanmasında da ilan zəhərindən istifadə olunur.Zəhərli ilan dişləməsi zamanı ən yaxşı müalicə üsulu ilan zəhərinə qarşı zərdabın vurulmasıdır. Bunun vurulması imkan dairəsində çox tez olmalıdır. Uşaqlara vurulan zərdabın miqdarı böyüklərə vurulandan bir neçə dəfə artıq ola bilər.

Zərərçəkənin özündən və ya ətrafdakılardan hücum edən ilanın növünü öyrənsə yaxşı olar. Bu xəstəxanada lazım ola biləcək vacib məlumatdır. Zərdab hər bir ilan zəhərinə qarşı spesifik immunoqlobulinə malikdir. Zərdablar tərkibində bir ilanın zəhərinə qarşı və ya hər üç ilan zəhərinə qarşı antiteli olan preparatlar şəklində buraxılır.

Hal hazırda gürzə, səhra əfi ilanına və Orta Asiya kobrasına qarşı monovalent zərdabdan daha geniş istifadə olunur. Polivalent zərdab isə bu ilanların hər üçünə qarşı vurulur. Monovalent zərdabın bir ampulasında uyğun ilanın zəhərinə qarşı bir müalicə dozası yerləşir. Polivalentin ampulasında isə hər üç ilan növün zəhərinə qarşı üç müalicə dozası var.

İlan zəhərinə arı zərdabın bir çox müəssisələrdə tapılmaması qınaq obyektinə çevrilir. Əslində bilmək lazımdır ki, ilan zəhərinə qarşı zərdablar bahadır və uzun müddət qalmır.Onlar xüsusi şəraitdə soyuducuda, xüsusi temperatur rejimində saxlanılmalıdır. Bu səbəbdən də təcili yardım avtomobillərində onların olması mümkün deyil. Avtomobillərdə zərdab saxlamaq mümkün deyil

Sancan ilanın zəhərli olub olmamasını aşkarlamağın da yolu var. Adətən ilanın sancdığı yerdə iki ədəd yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir. İki diş yerinin olması ilanın zəhərli, bir diş yerinin olması isə zəhərsizliyini göstərir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »