Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biznesdə gender disbalansı: Kişilər qadınlardan dörd dəfə çoxdur

Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı kişilərdən dəfələrlə azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1 iyul 2019-cu ilədək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 880 min nəfər fiziki şəxs kimi qeydiyyatdan keçib. Onların 78,4%-ni kişilər, 21,6%-ni isə qadınlar təşkil edir.

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə görə, ölkədə sahibkarların sayı il ərzində 65 min nəfər, yaxud 7,98% artıb.

Sahibkar xanımların sayı 15,308 min nəfər, yaxud 8,76% artaraq 190,133 minə çatıb. Eyni zamanda qadın sahibkarların sayının artım tempi kişi biznesmenlərin say artımını ötüb-keçib.

Qadın sahibkarlar əsasən öz bizneslərini kənd təsərrüfatı (32,4%) və ticarət (22,7%) sahəsində açırlar.

DSK-nın məlumatına görə, 2018-ci ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 842,277 min nəfər olub. Onların 78,5%-i kişi, 21,5%-i isə qadın sahibkarlardır. Bu mənzərə Azərbaycanın özəl sahibkarlıq sektorunda ciddi gender disbalansının mövcud olduğunu göstərir. İş sahəsində qadınların sayı kişilərin sayından təqribən 4 dəfə azdır. (Sputnik.az)

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
Son xəbərlər
Bütün xəbərlər »