Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada qaçqın düşərgəsində azərbaycanlı qadın özünü öldürdü - Foto

Almaniyanın Deggendorf şəhərində qaçqınlar düşərgəsində yaşayan azərbaycanlı Hümail Məmmədova intihar edib.

Bu barədə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Bizimyol.info xəbər verir ki, 1982-ci il təvəllüdlü Hümail Məmmədova iki gün öncə dərman içərək özünə qəsd edib. Saxlandığı qaçqın düşərgəsində psixoloji təzyiqlərə, Miqrasiya İdarəsində ona qarşı münasibətlərə etiraz olaraq bu addımı atdığını deyən H.Məmmədovanı xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb, iyulun 21-də xəstəxanada vəfat edib.

Əlövsət Əliyevin sözlərinə görə, H.Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib.

Hümail Məmmədova Hümail Məmmədova (sağda)

“Bu gün başqa bir azərbaycanlı xanım da Berlin şəhərində özünə qəsd edib. Hazirda xəstəxanadadir. Bu, son 10 gündə Almaniyada 3-cu intihara cəhd hadisəsidir”, - Əlövsət Əliyev deyib.

H.Məmmədovanın Almaniyaya getməmişdən öncə Azərbaycanda Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işlədiyi, gizir rütbəsi daşıdığı bildirilir.

Almaniyada yaşayan azərbaycanlılar iyulun 22-də Deggendorg şəhərində etiraz aksiyası keçirməyi planlaşdırır.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »